Hoteldə 46 nəfər zəhərləndi - Qazdan


Digərləri 10 İyl 2019 14:36:06 183 0

Hoteldə 46 nəfər zəhərləndi - Qazdan

Kanadanın Vinippeq şəhərində "Super 8 Motel" hotelində 46 nəfər zəhərlənib.

Bakı. Kanadanın Vinippeq şəhərində "Super 8 Motel" hotelində 46 nəfər zəhərlənib. Trend-in məlumatına görə, zəhərlənmə qaz sızmasından baş verib. İnsident zamanı ümumilikdə hoteldən 52 nəfər və 1 itin təxliyə edildiyi bildirilir. 46 nəfər xəstəxanaya zəhərlənmə diaqnozu ilə çatdırılıb. Müayinə və ilk tibbi yardımdan sonra böyük əksəriyyəti evə buraxılıb. Hadisədən sonra hotelə qaz verilişi dayandırılıb. Sızma baş verən əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.