Nikahdan əvvəl məcburi QİÇS yoxlaması tətbiq oluna bilər


Dünya 10 İyl 2019 14:19:00 219 0

Nikahdan əvvəl məcburi QİÇS yoxlaması tətbiq oluna bilər

Hindistanın Qoa ştatında nikahdan əvvəl gənclərin məcburi QİÇS yoxlamasından keçirilməsi tətbiq oluna bilər.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda bu prosedur yalnız könüllü şəkildə keçirilir.

Məcburi yoxlamalar iyulun 15-dən etibarən tətbiq oluna bilər.

Qeyd edək ki, Hindistan QİÇS-ə yoluxanların sayına görə ölkələr arasında üçüncü yerdə gedir. Ölkədə 2,1 milyon nəfər bu virusa yoluxub. Nigeriyada bu rəqəm 3,2 milyon, CAR-da 7,1 milyon nəfərə bərabərdir.