Qalmaqallara görə efirə çıxmır


Şou-biznes 10 İyl 2019 13:52:00 207 0

Qalmaqallara görə efirə çıxmır

İllərlə hörmət qazanırıq. Qalmaqal olanda isə insan bunu itirir. Qalıram belə.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Qədir Qızılsəs "Hər şey daxil" verilişində deyib. Sənətçi efirlərə az çıxmasının səbəbini yaşanan qalmaqallarla əlaqələndirib:

"Hərdən olub. Ona görə də indi ehtiyat edirəm. Mən sənətlə, musiqi ilə gəlmişəm. Ona görə də hörmətli olmağı qoruyub saxlamaq istəyirəm. Hörməti qazanmaq asandı, qorumaq çətin.

Beş il efirə çıxmadım, xəstə idim. Amma heç bir sənət dostum məni axtarmadı. Buna görə onlardan incimirəm. Olan işdir".