Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb


Digərləri 10 İyl 2019 13:17:00 202 0

Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb

Göygöldə 2 tondan artıq çətənə kolları aşkarlanıb

Bakı. Samuxda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Samux RPŞ-nin əməkdaşları tərəfindən Çobanabdallı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 315 kiloqram olan 2160 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Göygöl RPŞ-nin əməkdaşları tərəfindən isə Toğanalı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,2 tona yaxın olan 6250 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.