Rusiya SQnin Baş Qərargah rəisi NATO Baş Komandanı ilə Bakıda görüşəcək


Siyasət 10 İyl 2019 13:01:00 249 0

Rusiya SQnin Baş Qərargah rəisi NATO Baş Komandanı ilə Bakıda görüşəcək

Rusiya Silahlı Qüvvələri (SQ) Baş Qərargahının rəisi Valeri Gerasimov Azərbaycanda NATO-nun Avropada Birləşmiş Qoşunlarının baş komandanı Tod Uolterslə görüşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, TASS agentliyi bu barədə xəbər yayıb.

V.Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də görüşləri planlaşdırılıb.

Qeyd edək ki, V.Gerasimovla T.Uolters arasında iyunun 3-də telefon danışığı olub.