Yeni 10 manatlıqlar problem yaratdı


Digərləri 10 İyl 2019 12:25:00 199 0

Yeni 10 manatlıqlar problem yaratdı

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixindən tədavülə buraxılmasına baxmayaraq, hələ də əskinasın istifadə olunmasında problem yaşanır. 

Son.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır. 

Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, şəhər nəqliyyatını idarə edən sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir. 

Problemlə bağlı, Mərkəzi Bankın 2 ay əvvəlki açıqlamasında may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcəyini qeyd olunmuşdu. Fəqət sakinlər hələ də bununla bağlı əziyyət çəkirlər.  

Qeyd edək ki, yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.