Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək


Digərləri 10 İyl 2019 12:27:00 215 0

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

2019-cu ilin təqvim-idman planına müvafiq olaraq cari ilin 10-12 iyul tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Bakı. 2019-cu ilin təqvim-idman planına müvafiq olaraq cari ilin 10-12 iyul tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək. Trend-in məlumatına görə, birincilikdə 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar mübarizə aparacaqlar. Şəxsi-komanda xarakteri daşıyan birincilikdə Azərbaycanın şəhər və rayonlarının yığma komandaları iştirak edəcəklər. Birincilik 10 iyul saat 10.00-da “Şüa” İdman Kompleksində start götürəcək.