Tbilisidə qumbara partladı:


Dünya 10 İyl 2019 12:06:24 261 0

Tbilisidə qumbara partladı:

Tbilisinin cənub-şərqindəki binalardan birində partlayış olub.

Son.az modern.az-a istinadla xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat verib.

İyulun 10-u gecə saatlarında baş verən qumbara partlayışı zamanı 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanada müalicə alır.

Polis qumbara atan şəxsin axtarışlarını davam etdirir.