Mübariz Qurbanlı: "Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir"


Digərləri 10 İyl 2019 12:08:28 249 0

Mübariz Qurbanlı: "Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir"

Vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına əsasən, komitənin səlahiyyəti yalnız məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir.

M.Qurbanlı əlavə edib ki, yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər: