“Hava yenə küləklidi... O gün kimi...”


Digərləri 10 İyl 2019 11:40:00 471 0

“Hava yenə küləklidi... O gün kimi...”

Hava yenə küləklidi... O gün kimi... 10.07.1992-ci il!

Son.az modern.az-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşərkən bildirib.

"Əslində, mən onun şücaətlərinin böyük pərəstişkarıyam. Hər dəfə döyüş yoldaşları uğrunda fəda olduğu Ağdərənin 7 kəndinin  yenidən özümüzə qayıtmasında bilavasitə Xalidin şücaətinin olmasından danışdıqca, sonda 3 dostunu mühasirədən qurtardıqdan sonra idarə etdiyi zirehli maşının minaya düşməsi nəticəsində həlak olmasını söylədikcə, həm qürurlanır,  həm də kövrəlirəm" - Aybəniz Haşımova.

Qarabağ müharibəsi şəhidi, 1992-ci ilə qədər Təhsil Nazirliyi nəzdində Təcrübə sınaq zavodunun Baş mühəndis və sonra Baş direktor işləmiş Xalid Huseynxan oglu Quliyev cəbhəyə könüllü getmişdi.

1962-ci il təvəllüdlü X.Quliyev 10 iyul 1992-ci ildə Qarabağda Naxçıvanik kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həyat yoldaşı - tanınmış müğənni, Əməkdar artist Aybəniz Haşımova, qızı - gənc müğənni Aynişan Quliyevadır.


Xəbərə aid fotolar