Liverpool-dan La Liqa klubuna keçdi
İdman 10 İyl 2019 11:30:00 310 0
Liverpool-dan ayrılan Alberto Moreno karyerasını İspaniyada davam etdirəcək.
Goal.az xəbər verir ki, 26 yaşl müdafiəçi Villarreal-la anlaşıb. La Liqa klubunun rəsmi saytı Moreno ilə 2024-cü ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, ispaniyalı futbolçu 2014-cü ildə 12 milyon funt-sterlinq qarşılığında Sevilla-dan Liverpool-a keçmişdi.
Mənbə: goal.az