Ötən gün 3 ağır yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb
Digərləri 10 İyl 2019 11:02:01 190 0
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Bakı. Samir Əli -
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-əverilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
Mənbə: az.trend.az