ABŞın 5 universitetinə qəbul olmuş Bakı Ali Neft Məktəbinin məzunu İlqar Bağışov: “Ən böyük arzum professor olmaqdır”


Digərləri 10 İyl 2019 10:50:00 334 0

ABŞın 5 universitetinə qəbul olmuş Bakı Ali Neft Məktəbinin məzunu İlqar Bağışov: “Ən böyük arzum professor olmaqdır”

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini - Ostindəki Texas Universitetini seçib.

Son.az xəbər verir ki,  o, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq. İlqarın qəbul olunduğu digər ABŞ universitetləri bunlardı: Tulsa Universiteti (tam təqaüd) Vayominq Universiteti (tam təqaüd) Kolorado Qazma Məktəbi Pensilvaniya Dövlət Universiteti

İlqarla müsahibəni sizə təqdim edirik. - BANM-dəki beş illik bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?

- Beş illik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və Ali Məktəbdə yaradılmış rəqabətli mühit idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaqçün inkişaf edirdik.

-  Niyə BANM tələbələri məzun olmamış iş təklifi alır?

- BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə rəhbərliyin işə ciddi yanaşması və qurduğu strateji xətt nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn: BP-nin təcrübə proqramında iştirak edib, yaxşı performans göstərdiyim üçün həmin şirkətdən iş təklifi almışdım.

- Fasilə vermədən Amerikada magistratura dərəcəsi üzrə oxumağa nə vadar elədi sizi?

- İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul aldım, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.

- Necə oldu Ostindəki Texas Universitetinin professorundan iş təklifi aldınız?