"Dövlətim məhəbbət, varım sevgidir..."


Şou-biznes 10 İyl 2019 10:18:00 223 0

"Dövlətim məhəbbət, varım sevgidir..."

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinclə birlikdə Türkiyədə istirahət edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Antalyada dincələn Nadir fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Sənətçi şəkillərdən birində xanımına sevgi etirafı da ünvanlayıb. O, birlikdə çəkilən fotolarına "Dövlətim məhəbbət, varım sevgidir" sözlərini qeyd edib.

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün iki oğul övladı var.