Bakıda ŞOK: Qayınanası ilə dalaşan 30 yaşlı kişi qaşıq və mismar uddu


Digərləri 10 İyl 2019 09:48:11 236 0

Bakıda ŞOK: Qayınanası ilə dalaşan 30 yaşlı kişi qaşıq və mismar uddu

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

Bakı. Samir Əli - Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.