Bakıda güclü şimal-qərb küləyi müşahidə olunur


Digərləri 10 İyl 2019 09:08:26 182 0

Bakıda güclü şimal-qərb küləyi müşahidə olunur

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunur.

Bakı. Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək.