BMT: Uşaqlar arasında piylənmə halları artıb


Digərləri 10 İyl 2019 08:42:00 204 0

BMT: Uşaqlar arasında piylənmə halları artıb

Dünya boyu bütün yaş qruplarında, beş yaşadək uşaqlar da daxil olmaqla, artıq çəki və piylənmə halları artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu BMT-nin hesabatında bildirilib.

"Artıq çəki bütün yaş qruplarında artmadadır. 2018-ci ildə 40 milyon 5 yaşadək uşaq artıq kilodan əziyyət çəkib, yani dünyada beş yaşadək olan bütün uşaqların 5,9%.

Ən çox artıq çəkidən və piylənmədən əziyyət çək 5 yaşadək uşaqlar Şimali Afrika və Qərbi Asiyada qeydə alınıb". - hesabatda deyilir.

Təşkilat qeyd edir ki, həmən uşaqlarda tibbi və psixoloji problemlər daha çox olur.