İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər


Digərləri 10 İyl 2019 08:34:00 233 0

İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər

İsveçdə qida məhsulları üçün plastik stəkanların və konteynerlərin satışını qadağan etmək istəyirlər.

Krallığın Ətraf Mühit naziri İzabella Lövin bildirib ki, İsveç hökuməti qida məhsulları üçün plastik stəkanların və konteynerlərin qadağan edilməsi haqqında məsələni nəzərdən keçirmək istəyir. Onun sözlərinə görə, bu, Aİ-nin birdəfəlik plastik qablar barədə direktivinə münasibətdə irəliyə doğru atılmış daha bir addımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qadağaya dair layihə hakim Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyası tərəfindən işlənib hazırlanır və artıq Mərkəz Partiyası və Liberal Partiya ilə razılaşma əldə olunub. Hazırda qadağanın iqtisadiyyata təsiri mövzusunda hökumət araşdırması aparılır.

Avropa Parlamenti ötən ilin sonunda çubuq, çəngəl-bıçaq, boşqab kimi plastik məmulatın 2021-ci ilə qədər qadağan edilməsinə səs verib. Lakin İsveç daha irəli getmək və ətraf mühitə ziyan vuran başqa plastik məhsulların, o cümlədən stəkanların və konteynerlərin istifadəsini məhdudlaşdırmaq istəyir.