Rusiyalı milyarder özündən 24 yaş kiçik məşuqəsi ilə evləndi FOTO


Digərləri 10 İyl 2019 07:28:00 230 0

Rusiyalı milyarder özündən 24 yaş kiçik məşuqəsi ilə evləndi  FOTO

Rusiyalı milyarder İqor Kesayev evlənib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 3,2 milyard dollar sərvəti ilə məşhur "Forbes" jurnalının "Rusiyanın ən zəngin insanları" siyahısında 35-ci yeri tutan 52 yaşlı iş adamı özündən 24 yaş kiçik məşuqəsi ilə ailə həyatı qurub.

İqorun xanımı "Miss Sarışın Ukrayna-2013" müsabiqəsinin qalibi Olqa Klimenkodur.

90-cı illərdə tütün məmulatları və alkoqollu içkilərin nümayəndəlikləri ilə məşğul olaraq varlanıb, biznes imperiyası quran İ.Kesayev "Diksi", "Bristol", "Viktoriya", "Krasnoye&Beloye" supermarketlər şəbəkəsinin, Rusiya ərazisində satılan bütün siqaretlərin 66%-ni əlində cəmləşdirən "Meqapolis" şirkətinin, eləcə də Moskvanın mərkəzində ucaldılan 340 metrlik "Merkuriy-City-Tower" binasının sahibidir.

Bu, Kesayevin sayca ikinci evliliyidir. Onun birinci həyat yoldaşı Stella Kesayeva "Stella Art Foundation"ın sahibəsidir. Bu fond müasir sənətkarlığı özündə təcəssüm etdirir.

Milyarderin qızı İlona Kesayeva isə atasının sahib olduğu binada sənət əsərlərindən ibarət qalereya açmağa hazırlaşır.


Xəbərə aid fotolar