"Anama dedim, gözləyirsən ki, üstündə Nazpəri Dostəliyevanın şəkli olan şokolad qutusu gətirsinlər?" FOTO


Şou-biznes 10 İyl 2019 07:00:00 504 0

"Anama dedim, gözləyirsən ki, üstündə Nazpəri Dostəliyevanın şəkli olan şokolad qutusu gətirsinlər?"  FOTO

Bir müddət öncə efir qadağası qoyulan müğənni Rüfət Axundov yenidən ekranda görünüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, sənətçi bu səhər "Hər şey daxil" verilişinin qonağı olub. Proqrama illər öncə sənətə birlikdə gəldiyi Aynur Dadaşova ilə qatılan Axundov, canlı ifaları edib. Axundov verilişdə uşaqlıq illəri ilə bağlı maraqlı etirafla da yadda qalıb:

"Yalan danışmağı xoşlamıram, yalan danışmağa da yaxşı baxmıram. Anam dil-ədəbiyyat müəllimi olub və mənə dərs keçib. İdman, musiqi və əmək təlimi dərsindən başqa bütün qiymətlərim iki olub. Bir dəfə anam rübün axırında mənə dörd yazdı. O vaxt üstündə Nazpəri Dostəliyevanın şəkli olan şokolad qutuları dəbdə idi. Həmin şokoladlardan müəllimlərə gətirirdilər. Dedim ki, ana, gözləyirsən ki, şokolad qutusu gətirsinlər, sonra hamıya dörd yazasan. Əgər hamıya eyni qiyməti yazmayacaqsansa, mənə də dörd yazma". 

Qeyd edək ki, R.Axundov bir müddət öncə "Space" telekanalında qonaq olarkən, canlı efir zamanı qeyri-etik ifadələr işlətdiyi üçün qadağaya məruz qalmışdı.


Xəbərə aid fotolar