ABŞ-dan Türkiyəyə S-400-lərlə bağlı daha bir xəbərdarlıq


Digərləri 10 İyl 2019 01:46:42 166 0

ABŞ-dan Türkiyəyə S-400-lərlə bağlı daha bir xəbərdarlıq

Vaşinqton Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərinin almasına qarşıdır. ABŞ Ankaranı "S-400" zenit-raket komplekslərinin əldə olunması "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edir

Bakı. ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərinin almasına qarşıdır. Vaşinqton "S-400" zenit-raket komplekslərinin əldə olunması "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edir. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib. "Bizim S-400 ilə bağlı mövqeyimiz dəyişməyib" -, o, brifinqdə deyib.