Alimlər uzaq Qalaktikadan gələn səs eşitdilər


Digərləri 10 İyl 2019 01:30:00 233 0

Alimlər uzaq Qalaktikadan gələn səs eşitdilər

Kaliforniyanın Syerra-Nevada dağlarındakı "Ouens-Velli" rəsədxanasının alimləri yeni radiotezlik tutublar və onun yerini kəşf ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Nature" jurnalında məqalə dərc edilib. Bildirilir ki, bu tip radio dalğalar ən sirli kosmik hadisələrdən sayılır. Bu günə qədər 80 dəfə bu səslər eşidilib. Radio dalğa bir milli saniyə olur və mənbəyi qalaktikamızdan kənardadır. Bu günə qədər də bu səslərin yaranma səbəbi bilinmir.

Kaliforniya alimlərinin eşitdiyi radio siqnal Yerdən 7.9 milyard işıq ili uzaqda yerləşən qalaktikadan gəlir. Sonuncu dəfə 2014 və 2017-ci illərdə radio siqnal eşidilib. Bu səslər isə planetimizdən 3 milyard işıq ili uzaqda yerləşən qalaktikadan gəlib.

27 iyun tarixində də avstraliyalı alimlər bizdən 4 milyard işıq ili uzaqda yerləşən qalaktikadan radio siqnal tutublar.