Ali məktəblərə müsabiqə şərtləri açıqlandı


Digərləri 09 İyl 2019 23:57:00 223 0

Ali məktəblərə müsabiqə şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üzrə ali məktəblərə müsabiqə şərtlərini açıqlayıb.

İyulun 24-dən avqustun 6-dək keçiriləcək ixtisas seçimində I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın 2-ci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. "Riyaziyyat", "Fizika", "Kompüter elmləri", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Geologiya", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisaslari üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır.

II ixtisas qrupu üzrə müsabiqəyə həm dövlət sifarisi əsasında, həm də ödənişli əsaslarla qəbul aparilan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. "ADA" universiteti istisna olmaqla, dövlət ali təhsil müəssisələrinin "Beynəlxalq münasibətlər" və "Regionşünasliq'' ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxilacaq. Eləcə də marketinq, biznesin idarə edilməsi, kommersiya, regionşünasliq, turizm və otelçilik ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50- dən az olmayan abituriyentlər buraxılacaq.

III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, sosial iş ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılırı

IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.