Bentley EXP 100 GT konseptini hazırlayıb VİDEO


Digərləri 09 İyl 2019 23:30:00 221 0

Bentley EXP 100 GT konseptini hazırlayıb  VİDEO

Bentley şirkətinin bu il özünün 100 illik yubileyini qeyd etdiyini bilməyən qalmayıb. Dəbdəbəli avtomobillər istehsalçısı bu əlamətdar hadisəni təmtəraqlı bayram etmək üçün çoxsaylı yeniliklər hazırlayıb. Onların arasında Continental GT Number 9, Continental GT Convertible Number 1 və Bentayga Speed modelləri də vardır.

Son.az autograph.az-a istinadən bildirir ki, lakin, britaniya markası təkcə xüsusi versiyalar ilə keçinmək fikrində deyil. Bu gün markanın mətbuat xidməti Bentley şirkətinin EXP 100 GT adlı konsepti hazırladığını bəyan edib. Şirkət nümayəndələrinin "transformer" adlandırdığı avtomobil sıfır tullantılar səviyyəsinə malik olacaqdır. Transformasiyanın nədən ibarət olacağı isə hələlik sirr olaraq qalır.

"Autocar" nəşrinin əldə etdiyi məlumata əsasən, EXP 100 GT hidrogen ilə çalışan hibrid güc qurğusuna malik olan pilotsuz avtomobildir. Ən maraqlısı isə, avtomobilin müxtəlif funksiyalarını idarə etməyə imkan verəcək OLED displeylər qapı panellərinə yerləşdirilib.

Mətbuat xidmətinin dərc etdiyi promo-çarxda avtomobilin kuzovunun rəvan xətlərini və axıcı siluetini görmək olar.