Dəccal kimdir?


Digərləri 09 İyl 2019 23:40:00 359 0

Dəccal kimdir?

Zühurun əlamətlərindən biri də Dəccalın üzə çıxmasıdır. Bəs Dəccal kimdir?

Lüğətdə hər bir yalançıya dəccal deyirlər. Bu cür insanlara etimad etmək olmaz, onlar insanları yollarından azdıra bilirlər.

Əmirəl-möminin (ə) xütbə dəyəndən sonra buyurur ki, mənə sual verin.

Bir nəfər deyir: "Ya Əmirəl-möminin! Dəccal kimdir?".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Dəccalın adı Said ibni Saiddir. Bədbəxt o kəsdir ki, onu təsdiq edər və qəbul edər. Xoşbəxt o kəsdir ki, onu inkar edər.

O, elə bir yerdən zühur edəcəkdir ki, onu İsbəhan adlandırırlar. Yəhudilərin yeri kimi məşhurdur.

Sağ gözü birləşikdir və bəbəyi yoxdur. O biri gözü isə alnındadır. O qədər aydındır ki, sübh ulduzu kimi parlayar. Gözündə bir ət vardır ki, sanki qana boyanmışdır. Alnında, iki gözü arasında yazılmışdır: Kafirdir ki, hər bir katib və savadsız onu oxuya bilər.