İranda üç hərbçi öldürülüb


Dünya 09 İyl 2019 23:11:00 237 0

İranda üç hərbçi öldürülüb

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qulluqçusu həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, insident İranın Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib.

Qeyd olunur ki, silahlılar hərbi qulluqçuların olduğu nəqliyyat vasitəsini atəşə tutub. Bunun nəticəsində üç hərbi qulluqçusu öldürülüb, daha bir nəfər yaralanıb.