Ər öz arvadının namaz qılmağına və oruc tutmağına mane ola bilərmi?


Digərləri 09 İyl 2019 23:15:00 284 0

Ər öz arvadının namaz qılmağına və oruc tutmağına mane ola bilərmi?

İslam dininə görə, ailənin bəzi üzvləri bəzi üzvlərə tabe olmalı, sözündən çıxmamalıdırlar. Məsələn, insan öz valideyninə, arvad öz ərinə. Amma bu tabeçiliyin də həddi var.

Son.az islam.az-a istinadən bildirir ki, əgər valideyn öz övladını, ər öz arvadını günah işlətməyə məcbur edirsə və ya vacib (fərz) olan əməli etməsinə mane olursa, buna itaət etmək olmaz. Gündəlik namazlar və Ramazan ayının orucu hər kəsə fərzdir və heç kim başqasına bunu qadağan edə bilməz. Amma bu işlərdə itaətsizliyi kobud dillə yox, mehribanlıq və barışıqla, başa salaraq izhar etmək lazımdır. Qeyd edək ki, bu məsələ fərz ibadətlərə aiddir. Müstəhəb namaz və oruclarda isə qadın ərindən icazə almalıdır.