Bob Lutz Corvette krossoverini buraxmağı məsləhət görüb FOTO


Digərləri 09 İyl 2019 23:01:00 263 0

Bob Lutz Corvette krossoverini buraxmağı məsləhət görüb  FOTO

General Motors konserninin sabiq vitse-prezidenti Bob Lutz Chevrolet şirkətinə Corvette modelini müstəqil brendə çevirərək, bu marka altında idman krossoveri buraxmağı məsləhət görüb. Chevrolet menecerləri keçmiş rəhbərlərinin məsləhəti üzərində düşündüyü bir zamanda, bu işin xiridarları o dəqiqə Corvette krossoverinin zahiri görünüşünü virtual olsa da, yaradıblar.

Son.az autograph.az-a istinadən bildirir ki,  "Automotive News" nəşrinə müsahibə verən Bob Lutz, Corvette adının xüsusi xarizmaya və imkana malik olduğunu bildirib. Onun düşüncəsinə görə, Corvette üslubunda yaradılacaq idman krossoveri hətta Lamborghini Urus modelinə də rəqib ola bilər.

Lutz bu seqmentdə uğur əldə etmək üçün Corvette krossoverinin ən azı 100 min dollara satılmalı olduğunu da vurğulayıb. Üstəlik o, avtomobili böyük həcmli V8 mühərriki ilə təchiz edərək, 20-30 minlik məhdud saylı tirajla buraxmağı məsləhət görüb. Sabiq top-menecer belə addımın Corvette üçün ortamühərrikli sportkar buraxmaqdan daha əlverişli olacağını da qeyd edib.

Bob Lutzun məsləhətini təkcə GM rəhbərləri diqqətə almayıblar. Rəssam Kleber Silva Lamborghini Urus modelini əsas götürərək, Corvette krossoverinin eksteryerini də yaradıb. Məncə, pis də alınmayıb.


Xəbərə aid fotolar