Bəzi xeyir əməllər üçün verilən hədsiz savablar haqqında hədislər doğrudurmu?


Digərləri 09 İyl 2019 22:45:00 232 0

Bəzi xeyir əməllər üçün verilən hədsiz savablar haqqında hədislər doğrudurmu?

Əvvəlcə, bunu qeyd edək ki, hər bir hədisin, o cümlədən, qeyd edilən mövzudakı hədislərin düzgün olub-olmadığını birbaşa söyləmək mümkün deyil, hər bir hədisin mətni və sənədi ayrı-ayrılıqda araşdırılmalıdır. İkincisi, bu mövzuda olan hədislərin çoxusu insanları təşviq etmək məqsədi ilə buyurulub. Son.az islam.az-a istinadən bildirir ki, insanlar bir əməlin nə qədər böyük savab gətirdiyini anlasınlar və həmin əməli etsinlər deyə, məsumlar bu üsuldan istifadə etmişlər. Necə ki, biz də bir kəsə məsələnin vacibliyini və ya çoxluğu ifadə etmək üçün "min dəfə demişəm", "yetmiş qat çoxdur", "əlli dəfə gedib-gəldim", "bir saatdır gözləyirəm", "bir ildir deyirəm", "ömrüm boyu bu işlə məşğulam" kimi ifadələrdən istifadə edirik. Nəhayət, üçüncüsü, savabların çoxluğu bizi heyrətə salmamalıdır. Unutmayaq ki, pis əməllərə görə qazandığımız günahlar da durmadan artır və günahlarımız savablarımızı "yeyir".