Həqiqi ƏhliBeyt davamçılarının hansı nişanələri var?


Digərləri 09 İyl 2019 22:50:00 237 0

Həqiqi ƏhliBeyt davamçılarının hansı nişanələri var?

Əhli-Beyt (ə) davamçısı o kəsə deyilir ki, İmam Əlinin (ə) və onun 11 övladının imamət missiyasına iman gətirər və onların vilayətini qəbul edər. Ancaq bunu da unutmaq lazım deyildir ki, sadəcə imana malik olmaq, insanı Əhli-Beyt (ə) davamçısı etməz.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu sözün içində əməli iman gizlənmişdir. Əgər insan imanı əməldə büruzə verməzsə, onun imanı həqiqi olmaz.

Həqiqi Əhli-Beyt (ə) davamçılarını tanımaq üçün Məsumların (ə) hədislərinə müraciət edək.

Cabir İmam Baqirdən (ə) nəql edir ki, buyurub: "Ey Cabir! Əhli-Beyt (ə) davamçısı olmaq üçün elə bu kifayətdirmi ki, deyər: "Əhli-Beyti (ə) sevirəm?". Allaha and olsun ki, bizim davamçımız o kəsdir ki, təqvalı olsun və Allaha itaət etsin.

Ey Cabir! Bizim davamçılarımız bu sifətlərlə tanınarlar: təvazökarlıq, ibadətdə müti olmaq, əmanətdarlıq, Allahı çoxlu yada salıb zikr etmək, oruc tutmaq, namaz, ata və anaya ehsan etmək, yoxsul qonşusunun, yetim və borclu olanların halına yetişmək, doğru danışmaq. Bizim davamçılarımız - tayfalarının əmin insanı olublar".

Cabir soruşur: "Ya ibni Rəsulallah! Bu zamanda belə insanları müşahidə etmirəm".

Həzrət (ə) buyurur: "Ey Cabir! O tərəf və bu tərəfə getmə. Məgər bu qədər kifayətdirmi ki, kimsə desin: "Mən Əlini (ə) sevirəm. Onun vilayətini qəbul edirəm", ancaq Əlinin (ə) əməlinə malik olmasın?