İblis Həzrət Adəmdən (ə) əvvəl artıq kafir olmuşdu


Digərləri 09 İyl 2019 22:40:00 205 0

İblis Həzrət Adəmdən (ə) əvvəl artıq kafir olmuşdu

İblis (lən) cin nəslindən olmuş və qədim zamanlardan bəri yer üzərində yaşamışdır. Mələklər İblisi (lən) səmaya qaldırmış və onun ibadət əhli olduğunu başa düşmüşdülər.

Qurani-Kərimin ayələrindən belə nəticəyə gəlmək olur ki, cinlər də insanlar kimi ixtiyar sahibidirlər və öz iradələri ilə yanlış və doğru yolu seçərlər.

İblis (lən) çoxlu ibadət etdiyi üçün bəzən onu mələk hesab edirlər. Ancaq onun əsli cinlərdəndir.

Allah Təala Qurani-Kərimdə buyurur: "Və (yadına sal) o zaman(ı) ki, mələklərə "Adəmə səcdə və təzim edin!" buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi". ("Bəqərə" 34).

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Allahın İblislə etdiyi rəftardan ibrət götürün. Allah bəndəliyi yolunda 6 min illik uzun ibadət və səyləri bir saatlıq təkəbbürü sayəsində bada getdi".

Bildiyimiz kimi küfr, əməlləri məhv edər. Təkəbbür də İblisin (lən) əməllərini məhv etdi. Bir anbar barıt olan yeri yandıran qısa qığılcıma bənzədi. Buna görə də Allah Təala buyurur: "İblis təkəbbür və itaətsizliyinə görə kafir oldu".