“Yəhvanın şahidləri” sektası kimlərdən ibarətdir və onların əsas xüsusiyyətləri nədir?


Digərləri 09 İyl 2019 22:15:00 213 0

“Yəhvanın şahidləri” sektası kimlərdən ibarətdir və onların əsas xüsusiyyətləri nədir?

"Yəhvanın şahidləri" missioner təmüyüllü xriatian sektasıdır. Tədqiqatçılar onları xristianlığın protestantlıq qoluna aid edirlər. "Yəhvanın şahidləri" ənənəvi xristian kilsələri tərəfindən qəbul edilmir.

Son.az islam.az-a istinadən bildirir ki, hətta Rusiya, Çin və bəzi İslam ölkələrində onların fəaliyyəti qadağan edilib. Dünyada sektanın 8 milyondan artıq ardıcılı vardır. Sektanın inanc əsaslarında İslamla və hətta digər səmavi dinlərlə zidd olan bəzi maddələr vardır. "Yəhvanın şahidləri" sektasının üzvləri hərbi xidmətdən imtina edir, başqa əqidədə olan şəxslərlə təmasdan qaçır, dövlət bayramlarını və ad günlərini keçirmir, hətta müalicə məqsədi ilə də olsa, qan köçürməni qəbul etmirlər.

"Yəhvanın şahidləri" sektası 1990-cı və 2000-ci illərdə Azərbaycanda da güclü fəaliyyət şəbəkəsi qurmuşdu. Daha sonralar onların fəaliyyəti məhdudlaşdırıldı. Hal-hazırda sekta Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmayıb.