Dodge Charger enli kuzova sahib olub FOTO


Digərləri 09 İyl 2019 22:01:00 191 0

Dodge Charger enli kuzova sahib olub  FOTO

Artıq xəbər verdiyimiz kimi, Dodge şirkəti Charger SRT Hellcat modelinin yeni modifikasiyasını təqdim edib. İstehsalçı avtomobili dünyanın ən güclü seriya sedanı adlandırır. 2020-ci ilin modeli Widebody indeksinəı sahib olub. Bu isə, sedanın enini 90 mm artıran kuzov dəstindən xəbər verir.

Son.az autograph.az-a istinadən bildirir ki, bundan başqa, sedanın təkər izi genişləndirilimiş, asqısı isə dəyişdirilmişdir. Sedan daha sərt yaylara, üç iş rejimi olan Bilstein amortizatorlarına və daha qalın stabilizatorlara malik olub. "Enli" Charger modeli 305/35 ZR20 ölçülü Pirelli şinləri, öndə altıporşenli supportları və ikitərkibli rotorları olan daha güclü Brembo əyləc mexanizmləri və üç rejimə malik olan yenidən tənzimlənmiş sükan gücləndiricisi ilə təchiz edilir.

Eksteryerə gəldikdə isə, avtomobil radiator barmaqlığının yeni dizaynına və baqaj qapağının üzərində quraşdırılan spoylerə sahib olub.  

Sedanın kompressorlu mühərriki dəyişilməz qalıb - 6,2-litrlik V8 mühərriki 717 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edir. Güc aqreqatı səkkkiz pilləli "avtomat" ilə tandemdə çalışır. Dodge Charger SRT Hellcat Widebody yerindən 60 mil/saat (97 km/saat) həddinə 3,6 saniyəyə sürətlənir, 402 metrlik dreq məsafəsini isə, 10,96 saniyəyə qət edir. Avtomobilin maksimal sürəti 315 km/saatdır.

Widebody dəstini sedanın Charger R/T Scat Pack versiyası üçün də sifariş etmək olar. Bu sedan 492 at qüvvəsi və 644 Nm fırlanma anı hasil edən 6,4-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir. Dodge Charger Scat Pack R/T modeli 60 mil/saat həddinə 4,3 saniyəyə sürətlənir.


Xəbərə aid fotolar