Azərbaycanda taxıl sahələrinin 89,7%-də biçin başa çatıb


Digərləri 09 İyl 2019 22:01:08 221 0

Azərbaycanda taxıl sahələrinin 89,7%-də biçin başa çatıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Bakı. Samir Əli - Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 9-na olan operativ məlumata görə, ölkə ərazisində 910692 hektar ərazidə taxıl biçini aparılıb, 332713 hektar ərazidə arpa, 577979 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2884866,8 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir. Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahə artıq biçilib, buğda əkilmiş 54908 hektar sahənin 50982 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahə artıq biçilib, buğda əkilmiş 28459 hektar sahənin 27859 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 29,0 s/ha, buğda üzrə məhsuldarlıq 31,6 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib: Rayon Buğda Arpa Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Abşeron 307 290 17,9 761 741 12,5 Ağdam 12228 12228 39,0 2215 2215 35,5 Ağdaş 4273 4262 25,1 11630 11630 24,1 Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7 Ağsu 20039 18740 32,7 16036 15960 31,1 Balakən 1215 1215 28,0 458 458 28,7 Beyləqan 11148 10666 35,2 1765 1765 29,2 Bərdə 9041 9041 44,3 2601 2601 38,9 Biləsuvar 13713 13557 32,0 16456 16456 30,5 Cəbrayıl 2430 2430 35,0 550 550 30,5 Cəlilabad 54908 50982 37,1 4509 4509 35,2 Füzuli 28459 27859 31,6 8505 8505 29,0 Goranboy 8764 8210 31,0 13750 13750 29,0 Göyçay 8740 8740 30,0 6851 6851 30,5 Hacıqabul 25925 20676 19,0 11008 9967 30,9 İmişli 12716 12716 38,7 6322 6322 34,2 İsmayıllı 23200 22343 37,1 6173 6173 31,1 Kürdəmir 18120 18100