Küsülü həyat yoldaşlarını barışdırmaq üçün əməllər


Digərləri 09 İyl 2019 21:55:00 217 0

Küsülü həyat yoldaşlarını barışdırmaq üçün əməllər

Hədislərimiz buyurur ki, həyat yoldaşları arasında sevgi bağlarını gücləndirmək və aralarında olan anlaşılmazlıqları aradan qaldırmaq üçün bu əməlləri etmək faydalıdır.

1. "Ali-İmran" surəsinin 14-cü ayəsini bir yeyəcəyə, misal üçün bir almaya 41 dəfə oxumaq və sonra onu hər ikisinə yedizdirmək.

2. Həyat yoldaşları arasındakı münaqişəni aradan qaldırmaq üçün tövsiyə edilir ki, ər "Muzzəmmil" surəsini 9 dəfə oxusun.

3. "Təlaq" surəsini 21 dəfə oxumaq sevgini artırar.

4. Hər kim barışmaq niyyətilə "Ənam" surəsinin 115-ci ayəsini 3 dəfə oxuyarsa, barışığa səbəb olar.