Dostu necə seçmək?


Digərləri 09 İyl 2019 21:40:00 223 0

Dostu necə seçmək?

İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq. (Erfan)

1. Allahı sevmək. Bütün İlahi peyğəmbərlərin (ə) və vəsilərin Allah bəndələrindən istəkləri əməl - Allaha pərəstiş edib, Ona iman gətirməkləridir. İmam Həsən (ə) də öz davamçılarından istəyir ki, Allaha ibadət edib, Onu sevsinlər. Belə ki, İmam Həsən (ə) buyurur: "Hər kim Allahın razılığını insanların qəzəbinə baxmayaraq istəyər, Allah onu insanlardan ehtiyacsız edər. Hər kim Allahı qəzəbləndirərək insanların razılığı ardınca olar, Allah onu insanlara tapşırar". (Yəni, özbaşına buraxar).

2. Elm öyrənmək. Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən (ə) buyurur: "Öz elmini insanlara öyrət və başqalarının elmini öyrən".

Həzrət (ə) başqa yerdə buyurur: "Həqiqətən, ayıq göz odur ki, xeyirə nüfuz edər, ən eşidən qulaq odur ki, təzəkkürləri eşidər və onlardan bəhrələnər. Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar".

3. Düşünmək. İmam Həsən (ə) buyurur: "Sizə davamlı düşünməyi tövsiyə edirəm. Çünki təfəkkür etmək bütün yaxşılıqların atası və anasıdır".

İmam (ə) başqa yerdə buyurur: "Sizə lazımdır ki, düşünəsiniz. Çünki fikir hikmət qapılarının açarıdır".