Rusiyalı politoloq: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur"


Siyasət 09 İyl 2019 20:12:00 51 0

Rusiyalı politoloq: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur"

Beynəlxalq ictimaiyyət Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azernews-a müsahibəsində rusiyalı siyasi ekspert Denis Korkodinov deyib.

Ekspert bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar aparmaqla yanaşı, bu mübahisədə tam əks mövqelərdə dayanıb:

"Əgər Bakı öz ərazi bütövlüyünün bərpasını tələb edirsə, Yerevan öz mövqeyini "qədim erməni hüququ" deyə tamamilə abstrakt təsəvvürlərlə izah edir. Beləliklə, erməni qoşunlarının Qarabağ ərazisindən dərhal çıxarılması barədə beynəlxalq normaların formalaşdırdığı şüurluluq meyarları Ermənistan tərəfi üçün zəruri xarakter daşımır, bu isə əksər vaxtlarda münaqişənin gərginləşməsinə gətirib çıxarır. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət qəti sözünü deməli olduğu halda, belə görünür ki, münaqişəni uzatmağa üstünlük verməklə, problemi həll etməyə tələsmir".

Politoloqun sözlərinə görə, danışıqlar prosesində Bakının dəstəklədiyi əsas prinsiplərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır:

"Amma Yerevan bu prinsipin reallaşmasına hazır deyil və hesab edir ki, Dağlıq Qarabağ potensial Azərbaycan təcavüzünün qarşısının alınması məqsədilə yaradılmış erməni limitrofudur. Ermənistan tərəfinin bu iddiası əsassızdır, çünki Dağlıq Qarabağla bağlı təcavüzün mənbəyi hər zaman Ermənistan özü olub. Danışıqlar açıq şəkildə göstərdi ki, 25 il ərzində münaqişənin uzanmasının səbəbi Bakının danışıqlara hazır olması, Yerevanın isə olmamasıdır".

Politoloq əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimə danışıqlar prosesinin iştirakçısı statusu vermək istəyir:

"Amma bu mövqe yanlışdır, çünki Bakı ilə Yerevan arasında münaqişə ikitərəflidir və üçüncü tərəfiin iştirakı prinsipcə nəzərdə tutulmayıb".

Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə hazırda əməl olunmur, bu isə yeni regional gərginlik dalğası üçün əsas verir:

"Eyni zamanda, rəsmi Bakı beynəlxalq razılaşmalara, o cümlədən Düşənbədə qəbul olunan normalar sadiq qalmağa çalışır. Yerevan isə münaqişə zonasında öz iddialarını məhdudlaşdırmaq niyyətində deyil. Beləliklə, Ermənistan sülhə vadar olmayanadək əvvəlki razılaşmalar aktuallığını itirəcək".

Ermənistanın hərbi təlimlərdə iştirakına gəldikdə isə D.Korkodinov bildirib ki, bu, ordunu mövcud problemlərin həllindən yayındırmaq zərurəti ilə izah olunur:

"Problem ondadır ki, Nikol Paşinyan "Qarabağ klanı" və Robert Koçaryanla münasibətlərinin gərginləşməsi fonunda rəqiblərinin nüfuzunun güclü olduğu ordudan qorxmağa başlayıb. Buna görə də o, Silahlı Qüvvələri müxtəlif tədbirlərlə məşğul edir ki, onlar fikirlərini baş nazirin iqamətgahına yönləndirməsinlər. Ona görə də Ermənistanın Naxçıvanla sərhədin yaxınlığında təlimlərdə iştirakı hücum məqsədi daşımır. Nikol Paşinyanla "Qarabağ klanı" arasında münasibətlərin gərginləşməsi Azərbaycanın regiondakı siyasətinə müsbət təsir göstərir. Yekunda Azərbaycanın düşmənlərini zəiflədən amillər Bakı tərəfindən müsbət qarşılanır. Ona görə də Azərbaycan hələlik heç nə etməsə də olar. Sadəcə, müşahidə etmək lazımdır. Erməni klanları mübarizə nəticəsində Bakıya sərfəli olan addımları atacaqlar".

Milyarder 425 milyonluq yaxtasında dincəlir like
  • 09 İyl 20:10  
Digərləri Milyarder 425 milyonluq yaxtasında dincəlir

Milyarder Andrey Melniçenko dünyanın ən böyük yaxtalarından birində isti

arrow Ətraflı
Gülnarənin mülkləri satışa çıxarılır  SİYAHI like
  • 09 İyl 20:07  
Dünya Gülnarənin mülkləri satışa çıxarılır SİYAHI

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanı

arrow Ətraflı
O da təcavüzə məruz qaldığını etiraf etdi like
  • 09 İyl 20:04  
Digərləri O da təcavüzə məruz qaldığını etiraf etdi

Dünyaca məşhur aktrisa Sarah Jessica Parker təcavüzə məruz qaldığını

arrow Ətraflı
Lənkərandakı dəhşətli qəzanın VİDEOsu like
  • 09 İyl 20:00  
Digərləri Lənkərandakı dəhşətli qəzanın VİDEOsu

Lənkəran rayonunda iyulun altısı baş verən dəhşətli qəzanın görünt

arrow Ətraflı
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib (SİYAHI) like
  • 09 İyl 19:50  
Digərləri Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanl

arrow Ətraflı
Xırdalanda "Mercedes" piyadanı vurdu: like
  • 09 İyl 19:50  
Digərləri Xırdalanda "Mercedes" piyadanı vurdu:

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Prezident İlham Əliyev diplomatik rütbələr verdi  SİYAHI like
  • 09 İyl 19:48  
Siyasət Prezident İlham Əliyev diplomatik rütbələr verdi SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanl

arrow Ətraflı
Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb like
  • 09 İyl 19:45  
Digərləri Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Afrika Millətlər Kubokunun 1/8 final matçında Tunis Qana komandası ilə qar

arrow Ətraflı
“Gizli münasibətini təsadüfən öyrəndim...” like
  • 09 İyl 19:45  
Digərləri “Gizli münasibətini təsadüfən öyrəndim...”

Ötən həftə pop ulduz Mustafa Sandalla 6 aylıq münasibətinə son qoyan Mel

arrow Ətraflı
Sumqayıtda yol kənarında top mərmisi tapılıb  FOTO like
  • 09 İyl 19:40  
Digərləri Sumqayıtda yol kənarında top mərmisi tapılıb FOTO

H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərmi tapılıb.

arrow Ətraflı
Prezident İlham Əliyev Elmar Məmmədyarov və müavinləri ilə bağlı sərəncam imzaladı like
  • 09 İyl 19:38  
Siyasət Prezident İlham Əliyev Elmar Məmmədyarov və müavinləri ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanl

arrow Ətraflı
Alişan divara dırmaşdı like
  • 09 İyl 19:36  
Digərləri Alişan divara dırmaşdı

Məşhur müğənni Alişan sosial şəbəkədə yeni videosunu paylaşıb.

arrow Ətraflı
Bakıda 25 yaşlı usta binadan yıxıldı like
  • 09 İyl 19:34  
Digərləri Bakıda 25 yaşlı usta binadan yıxıldı

Bakıda usta işlədiyi evdə hündürlükdən yıxılıb.

arrow Ətraflı
Diplomatik xidmət orqanlarının əməkdaşları təltif edilib (YENİLƏNİB) like
  • 09 İyl 19:34  
Digərləri Diplomatik xidmət orqanlarının əməkdaşları təltif edilib (YENİLƏNİB)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanl

arrow Ətraflı