“Övladlarıma sidik terapiyası edirəm”


Şou-biznes 09 İyl 2019 20:17:00 211 0

“Övladlarıma sidik terapiyası edirəm”

Urinoterapiya (sidiklə müalicə üsulu -red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram.

Son.az xəbər verir ki, bu sözləri medicina.az-a müsahibəsində Xalq artisti Flora Kərimova deyib.

O, 20 ildir bu müalicə üsulundan istifadə etdiyini söyləyib:

"Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm".

Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb: