Gülnarənin mülkləri satışa çıxarılır SİYAHI


Dünya 09 İyl 2019 20:07:00 179 0

Gülnarənin mülkləri satışa çıxarılır  SİYAHI

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Fransadakı mülkləri satışa çıxarılır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əldə ediləcək məbləğ Özbəkistana veriləcək.

Söhbət Parisdəki mənzil, Sen-Trop rayonundakı villa və Paris ətrafındakı qəsrdən gedir. Fransa istintaqı müəyyənləşdirilib ki, sözügedən obyektlər korrupsiya pulları ilə əldə edilib.

Fransa milli maliyyə prokurorluğunun prokuroru Nikolya Bayeto bildirib ki, Kərimovanın Fransa əmlakı ilə bağlı yekun qərarı Daşkənd bu il qəbul edib. Bunun üçün 18 ay danışıqlar aparılıb.

Özbakıstanın Fransanın alacağı yekun məbləğ hələ ki, məlum deyil. Gülnarənin Parisdəki mənzili ötən yazda hərracda 14 milyon avroya satılıb. Bu isə alış qiymətindən iki dəfə aşağıdır. Kərimovanın əmlakından əldə ediləcək məbləğdən iki milyon avro istintaq xərclərinin kompensasiyasına sərf olunacaq.