“Gizli münasibətini təsadüfən öyrəndim...”


Digərləri 09 İyl 2019 19:45:00 209 0

“Gizli münasibətini təsadüfən öyrəndim...”

Ötən həftə pop ulduz Mustafa Sandalla 6 aylıq münasibətinə son qoyan Melis Sütşurup xəyanətə məruz qaldığını bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "İkinci Sayfa" proqramına danışarkən Mustafanın "Melislə vaxt keçirdik" deməsinə də etiraz edib:

"Mustafa ilə münasibətimizin bitmə səbəbi onun telefonunda gördüyüm mesaj deyildi. Onun gizli münasibətini təsadüfən öyrəndim və ayrıldım. Əvvəl də mədəmi bulandıran çox şeylər olmuşdu. Amma bu xəyanət mövzusu deyildi. Daha çirkin şeylər idi, detallı danışmaq istəmirəm, mənə yaraşmaz. Mustafa müsahibəsində deyib ki, Melisa ilə vaxt keçirdim. Çox hörmətsizlik edib. Təəssüf".