Bakıda 25 yaşlı usta ikinci mərtəbədən yıxıldı


Digərləri 09 İyl 2019 19:26:00 213 0

Bakıda 25 yaşlı usta ikinci mərtəbədən yıxıldı

Bakıda usta işlədiyi evdə hündürlükdən yıxılıb.

Bakı. Samir Əli - Bakıda usta işlədiyi evdə hündürlükdən yıxılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Səfər Qardaşbala oğlu Binəqədi rayonu, Novxanı qəsəbəsində 2 mərtəbəli evin ikinci mərtəbəsində fasad işləri görərkən elektrik enerjisi xəttinə toxunub. Hadisə nəticəsində 2-ci mərtəbədən yerə düşən S.Cəfərov ağır kəllə-beyin travması və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.