UNEC-də “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


Digərləri 09 İyl 2019 18:30:00 169 0

UNEC-də “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “V.Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “V.Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak edib. UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək, konfransın mövzusunun aktual olduğunu bildirib. UNEC-də ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını deyən A.Rzayev, UNEC Ekstern Mərkəzinin fəaliyyətindən söz açıb. Mərkəzdə regionlarda fəaliyyət göstərən KOS nümayəndələrinə idarəetmə üzrə distant təlimlərin keçirildiyini bildirib. A.Rzayev konfransın ömürboyu təhsilin inkişafı istiqamətində yeni töhfələr verəcəyinə əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb. Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açan Sakarya Universitetinin professoru Osman Titrek ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğunu qeyd edib. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu professor və alimlərin iki gün ərzində ömürboyu təhsilin nəzəriyyələri, texnologiyaları, iqtisadi aspektləri, iqtisadi inkişafdakı rolu və digər istiqamətlərdə məruzələri dinləniləcək. Konfransda Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.