Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz - Dilbər Zeynalova


Digərləri 09 İyl 2019 18:38:20 168 0

Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz - Dilbər Zeynalova

Müsahibimiz Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovadır.

Bakı. Müsahibimiz Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovadır. – Dilbər xanım, öncə sizi yaxından tanıyaq. – Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı (indiki Slavyan Universiteti) İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. Universiteti bitirəndən sonra Elmi Şuranın qərarı ilə aspiranturada təhsilimi davam etdirmək barədə qərar verilmişdi. Lakin təhsil alacağım fəlsəfə üzrə həmin il Bakıda Elmlər Akademiyasının uyğun şöbəsində qəbul yox idi. Təhsilimi ya Moskvada, ya da Leninqradda (Sankt-Peterburqda) davam etdirməliydim. Ailəm bunu çox həssaslıqla qarşıladı. Bir sözlə, gedə bilmədim. Təyinatla Cəlilabad rayonunun Andreyevka (Qarazəncir) kəndində rus dli və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başladım. On beş ilə yaxın orta məktəbdə rus dili və ədəbiyyatını tədris etmişəm. 90-cı illərin sonunda ailə vəziyyətimlə əlaqədər Bakı şəhərinə köçdük. Beləliklə, əvvəlcə fəlsəfə kafedrasında loborant, sonra ədəbiyyat kefedrasında müəllim kimi fəaliyyətimi davam etdirdim. 2005-cı ildə “İsmayıl Şıxlı yaradacılığında milli özünüifadənin bədii inikası (yazıçı və folkor problemi əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmər namizədi alimlik dərəcəsini aldım. Hazırda Azərbaycan ədəbiyyatı kafedrasında dosent kimi çalışıram. Özümü başqa heç bir sahədə görmürəm. – Elmi fəaliyyətinizlə tanış olduqda ilk olaraq milli mənəvi dəyərlər estetik düşüncə işığında, ədəbiyyatşünaslıqda janr nəzəriyyəsi kimi işlər diqqəti çəkir. Bu sahədə sizi maraqlandıran və elmi fəaliyyətinizə təsir edən amillər hansılardı? – Bayaq dediyim kimi, dissertasiya mövzum ədəbiyyatda millilik, milli mənəvi dəyərlərlə bağlı idi. Mövzu ətrafında araşdırmalar aparanda bir şeyi yəqin etdim ki, ədəbiyyatın nəzəri problemlərinə baş vurmadan, sanballı elmi əsər ortaya qoymaq mümkün deyil. Elə o vaxtdan dünya ədəbi-nəzəri fikrində baş verən proseslərlə maraqlanmağa başladım. Ona görə də elmi yazılarım da əsasən ədəbiyyatşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır. Əslində Azərbaycan ədəiyyatşünaslığında həllini gözləyən bir sıra ciddi məsələlər var. Azərbaycan ədəbiyyatının dövrləşdirilməsindən tutmuş, bədii mətnin təhlil metodologiyasına qədər… Mən müəlliməm, vaxtımın çoxunu auditoriyada keçirirəm, amma çalışıram ədəbi prosesi, yeni istiqamət və tendensiyaları izləyim. Azərbaycan ədəbiyyatşünaslığını azacıq da olsa, elmi yazılarımla zənginləşdirməyə çalışıram. – Freydə görə yuxulardakı obrazların çoxu dünyadakı hadisələrin eşidilməsindən, qoxusundan yox, görünüşündən alınmış obrazlardır. Sizin “Yuxugörmə-bədii diskurs kimi” adlı elmi məqalənizdə yuxu ilə bədii əlaqə hansı prizmadan nümayiş olunur? – Bu məqaləm Türkiyədə çap olunmuşdu, maraqla qarşılandı. Bu məsələ ilə bağlı onu deyim ki, hələ antik yunan ədəbi-estetik fikrində həm yuxugörmə, həm də bədii yaradıcılıq ilahi qüvvənin təhriki ilə yaranan bir hal kimi səciyyələnirdi. Əlbəttə, sənət əsərinin şüusuzluqla şüurun vəhdətindən yaranması şəksizdir. Yuxugörmə ilə incəsənəti yaxınlaşdıran, daha doğrusu, doğmlaşdıran məqamlar çoxdur. Simvoliklik, obrazlılıq, təhtəlşüurun təzahürü və s. Məhşur rus alimi S.Averinsevin qənaətinə görə, “sənətkar- ictimai yuxugörəndir”.Obrazlılıq yuxugörməni söz sənəti ilə yaxınlaşdıran yeganə cəhət deyil. Burada digər bir məqamdan da söhbət açmaq yerinə düşərdi. Biz gördüyümüz yuxunu çatdıran zaman istər-istəməz təhkiyəçi funksiyasını yerinə yetirmiş oluruq. Beləliklə, yuxuda gördüklərini danışan hər kəs, şüurlu şəkildə yaradıcılıq aktına qatılmış olur; yuxugörən süjeti, obrazları və gördüyünün mənasını rekonstruksiya edir. Bədii əsərin yaranmasında psixikanın yalnız şəxsi deyil, həm də kollektiv təhtəlşüur qatının fəal iştirakı barədə məşhur psixoanalitiklər – Z.Freyd və onun davamçısı K.Yunqun maraqlı mülahizələri mövcuddur. Bu kifayət qədər maraqlı və ayrıca bir söhbətin mövzusudur. – Ədəbi tənqid haqqında nə düşünürsünüz? – Mən uzun illər Ədəbiyyatşünaslığa giriş fənnini tədris etmişəm. Ədəbiyyatşünaslığın bölmələrindən biri də ədəbi tənqiddir. Əslində qədim dövrdən üzü bəri tənqidimizin müəyyən ənənələri olmuşdur. Azərbaycan ədəbi tənqidinin təşəkkülü, bədii-estetik kateqoriyalarla zənginləşməsində isə, əlbəttə M.F.Axundzadəyə borcluyuq. M.F.Axundzadə hələ XIX yüzillikdə yazırdı ki, tənqid subyektiv mülahizələrdən ibarət olmamalıdır. Tənqidi fikrimizin ən öncül simaları belə sovet dövrün ideoloji yükündən azad ola bilməyiblər. Ona görə də bədii əsəri dəyərləndirərkən konyuktura,vulqar sosiologizmdən yaxa qurtara bilməyiblər. Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, dəyərləndirmənin meyarları obyektiv ola bilməz. Ədəbi tənqidin məqsədi mətnin özəlliyini, bədii-estetik funksiyasını üzə çxarmaqdır. Ədəbi tənqid elmi həqiqətə sadiq qalmalı, obyektivliyinə, qərəzsizliyinə, xoşniyyətliliyinə inandırmalıdır. Ədəbi tənqiddə bədii mətnə münasibətdə tənqid və tərif həm estetik inkarın, həm də təsdiqin əsasında duran prinsipin obyektiv mahiyyətini eyni dərəcədə şərtləndirməlidir. Təəssüf ki, həmişə belə olmur. – Müasir ədəbi tənqidçilərimizin fəaliyyətindən razısınızmı? – Razı olduqlarım da var, olmadıqlarım da. Ümumiyyətlə tənqid cərrahi əməliyyat kimi hətta məqsədi xeyirxah olsa belə, ağrılı da ola bilir. Tənqidin mümkün qədər ağrısız qəbul edilməsi üçün tənqidçinin elmi biliyindən və prinsipiallığından başqa əxlaqi keyfiyyətlərinin də rolu danılmazdır. Tənqidçi dünən hay-küylə dağ başına qaldırdığını bu gün eyni şövqlə ordan endirirsə, hansı mənəvi məsuliyyətdən söhbət gedə bilər? Ədəbi tənqidin müasir vəziyyəti haqqında fikir bildirərkən tənqidçilərimizin istedadının fərdi, subyektiv isitqaməti yox, bütünlükdə dövrümüzə məxsus daha ümumi və obyektiv amilin təsiri nəzərə alınalınmalıdır: “informasiya axını” və “texniki tərəqqi” əsrinin öz estetik ehtiyacı və tələbləri vardır. – Ümumiyyətlə, ədəbiyyat bir insana nə verə bilər?