Ajda qayıtdı


Digərləri 09 İyl 2019 18:04:00 246 0

Ajda qayıtdı

Türkiyənin pop ulduzu Ajda Pekkan illər sonra söz və musiqisi Sinan Akçıla məxsus "Canın sağolsun" adlı layihə ilə geri qayıtması səs-küysüz ötüşməyib.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin sözügedən klipi 5 iyul tarixində "Youtube" yerləşdirilsə də, bir gün sonra ekran işi paylaşım platformasından silinib. 

Buna səbəb həmin mahnı Sinan Akçılın ifası ilə başlaması olub. Bundan narahat olan fanatlar "Ajdanın mahnısı niyə Sinan Akçılın səsiylə başlayır?" sualı ətrafında müzakirə aparıblar. Bundan sonra klipdə dəyişiklik edilib, Sinanın səsi çıxarılıb və klip yenidən "Youtube"a qoyulub.

Həmçinin Ajda bəzi səhnələrdə özünü bəyənməyib və sözügedən yerlərdə üzünü fotoşopla düzəltdirib.