PKK ilə atışmada türkiyəli hərbçilər həlak oldu


Digərləri 09 İyl 2019 17:21:00 204 0

PKK ilə atışmada türkiyəli hərbçilər həlak oldu

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçilərlə PKK terror təşkilatının silahlıları arasında atışma baş verib

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçilərlə PKK terror təşkilatının silahlıları arasında atışma baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub. Daha bir hərbçinin yaralandığı deyilir. Qeyd olunur ki, Hakkaridə atışmalar davam edir.