2019-cu ilin birinci yarısında ölkə aeroportları 2,4 milyon sərnişinə xidmət göstərib


Digərləri 09 İyl 2019 17:10:00 223 0

2019-cu ilin birinci yarısında ölkə aeroportları 2,4 milyon sərnişinə xidmət göstərib

9 iyul 2019-cu il, Bakı – Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib

Bakı. 9 iyul 2019-cu il, Bakı – Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub. Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşımışdır. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 57 min nəfər çoxdur. Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil etmişdir ki, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz olub. Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olublar.