Dünya İrs Komitəsinin 43cü sessiyasının son işçi iclası keçirilib FOTO


Siyasət 09 İyl 2019 17:05:00 255 0

Dünya İrs Komitəsinin 43cü sessiyasının son işçi iclası keçirilib  FOTO

İyulun 9-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası plenar iclasda öz işini davam etdirdi.

Son.az bildirir ki, sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verdi ki, bugünkü iclas cari sessiyanın son işçi iclasıdır. Bu gün əsasən büdcə, inzibati, beynəlxalq yardım məsələləri müzakirə ediləcək.

Əvvəlcə Ümumdünya İrs Siyahısındakı beynəlxalq maliyyə yardımına ehtiyacı olan bir sıra nominasiyaların dəstəklənməsi məsələsi üçün ayrılan vəsaitin necə bölüşdürülməsi barədə hesabat dinlənildi. Sonra mövcud əməliyyat qaydalarına əlavə edilən bəndlər müzakirə edildi.

Növbəti məsələ olaraq Ümumdünya İrs Komitəsinin prosedur qaydalarına dəyişikliklər müzakirə edildi. Bu qərar da qəbul edildikdən sonra iclasın sədri 43-cü sessiyada mühüm qərarların qəbul edildiyini söylədi və bu qərarların həyata keçiriləcəyinə əmin olduğunu bildirdi.

İclasın sonunda 2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi bildirildi.

Çin nümayəndə heyəti bu etimada görə minnətdarlığını bildirdi və Fuçjou şəhərinin tanışlıq video çarxı nümayiş etdirildi. 44-cü sessiya iclaslarının sədri, sədr müavinləri və məruzəçilər, sessiyanın müvəqqəti gündəliyi təsdiq edildi. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işçi iclaslarını başa çatdırdı.

Sabah iyulun 10-da bağlanış iclasında sessiyanın yekun sənədi qəbul ediləcək.


Xəbərə aid fotolar