Sevgilisini şantaj edən şəxsə 3,3 il cəza verildi


Digərləri 09 İyl 2019 16:53:20 165 0

Sevgilisini şantaj edən şəxsə 3,3 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, prosesdə prokuror təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan olunub. Hökmə əsasən, D.Gəncaliyev 3 il 3 ay azadlıqdan məhrum edilib.