Arvadını baltalayan ər məhkəmə önünə çıxır


Kriminal 09 İyl 2019 16:11:00 240 0

Arvadını baltalayan ər məhkəmə önünə çıxır

Bərdə rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Bərdə rayonunun Cəyirli kəndində Kəlbəcər rayon sakini Şahvələd Nadirxanov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Pərvanə Yəhyayeva ilə mübahisə edib.

Mübahisə zamanı Şahvələd Nadirxanov balta ilə arvadına xəsarət yetirib.

Ağır xəsarət alan Pərvanə Yəhyayeva yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.