Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər


Siyasət 09 İyl 2019 16:06:00 253 0

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Son.az APA-ya istinadən xəbər verir ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Slovakiyanın Tatra şəhərində keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində iyulun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xarici işlər nazirləri gündəmdə olan bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini də müzakirə ediblər.